Günün kuponu – 17.06.2022
“Bohemians” – “Şelburn” qol/qol
Komandaları turnir cədvəlində bir-birindən cəmi 1 xal ayırır. “Şelburn” 6-cı, ‘Bohemians” 7-ci yeri tutur.
‘Bohemians” son iki turda qalib gələ bilməyib.
“Şelburn” da ötən həftə “Şamrok” səfərindən xalsız qayıdıb.
“Şelburn” son 5 oyunda “Bohemians”ı məğlub edə bilməyib. Adətən bu klubların oyunları məhsuldar alınır. Ona gorə də qol/qol ehtimalına üstünlük vermək olar.
“Derri Siti” – “Droqheda” 1
“Derri Siti” evdə keçirdiyi son 2 oyunda xal itirib.
“Droqheda” mövsümə pis başlasa da, son 3 oyunda 7 xal yığıb.
Əvvəlki matçlara baxsaq, “Derri Siti”nin öz meydanında “Droqheda”ya qarşı inamlı təsir bağışladığını görərik. Cütün favoriti meydan sahibləridir.
“Rosario Sentral” – “Qodoy Kruz” qol/qol
Çempionat yeni başladığı üçün komandaların real gücünü bilmək çətin olur.
“Rosario Sentral” son iki oyunda qalib gələ bilməyib.
Bu komandalar arasında son 5 matçın dordü qol/qol gəlib. Bu dəfə də qarşılıqlı qollar gözləyirəm.