Sürpriz kupon – 17.06.2022
“Palmeyras” – “Atletiko Qoiyainense” üst 2,5
Matçın aşkar favoriti çempionatın lideri “Palmeyras”dır. Ancaq sürpriz kupon olduğu üçün fərqli variant seçək.
“Palmeyras” 19 topla liqanın ən çox qol vuran komandasıdır.
“Atletiko” 3 qələbəsiz oyundan sonra 2 turda 6 xal qazanıb.
Bu komandalar arasında son 4 görüşün üçündə “Palmeyras” rəqibini böyük hesabla məğlub edib.
“Avai” – “Fortaleza” qol/qol
Maraqlıdır ki, “Fortaleza” son pillədə olmasına və səfərdə oynamasına baxmayaraq favorit hesab olunur. Bu da yəqin ondan irəli gəlir ki, “Fortaleza” son iki səfər qarşılaşmasında “Avai” üzərində qələbə qazanıb.Ümid edirəm ki, hər iki komandanın fərqlənmək imkanları olacaq.
“Auda” – “Spartak Yurmala” qol/qol
8 xalla 9-cu yeri tutan “Spartak” yalnız “Super Nova”nı qabaqlayır. Amma Yurmala klubu son 3 oyunda 2 qələbə qazana bilib.
“Auda” öz meydanında favorit hesab olunsa da, qol/qol variantını da istisna etmək olmaz.