Günün kuponu – 16.11.2021
Bosniya və Herseqovina – Ukrayna – 2
Bosniyalılar ötən tur öz meydanlarında Finlandiyaya uduzduqdan sonra pley-off xəyallarından əl çəkməli oldular. Ukraynanın isə hələ də 2-ci yeri tutmaq şansı var. Bosniya və Herseqovina Lvovda Ukraynadan xal alsa da (1:1), indi vəziyyət fərqlidir. Meydan sahibləri oyuna motivasiyasız çıxacaq. Odur ki, bu matçın 2 gələcəyini gözləyirəm.
Finlandiya – Fransa – qol/qol
Artıq Qətərə vəsiqə məsələsini həll edən fransızlar ola bilər ki, oyuna əsas heyətlə çıxmasın. Amma Deşamın əvəzedicilərinə də istənilən məşqçi həsəd aparar. Finlandiya doğma publikanın dəstəyi ilə qələbəyə oynayacaq. Oyunun 1-lə yekunlaşacağını gözləmək bir az risklidir. Bu səbəbdən qol/qol daha optimal variant olar.
Çexiya – Estoniya – 1
Çexiya istənilən halda Estoniyadan güclüdür. İndi isə meydan sahiblərinin pley-offa yüksəlmək üçün az da olsa şansları var. Bu oyunda hətta Çexiyanın böyük hesablı qələbəsi də qeydə alına bilər.
Bosniya Herseqovina – Ukrayna – 2 – 1,71
Finlandiya – Fransa – qol/qol – 1,95
Çexiya – Estoniya – 1 – 1,10
Ümumi əmsal: 3,66