1 milyon avro mükafat
DÇ-2022-yə birbaşa vəsiqə qazanan Serbiya millisi 1 milyon avro mükafat alacaq. Portuqaliya üzərində 2:1 hesablı səfər qələbəsi ilə A qrupunda 1-ci yeri tutan balkanlılar ölkə prezidenti tərəfindən mükafatlandırılacaq.
Aleksandr Vuçiç səfərə yollanan zaman təyyarədə futbolçular qarşısında çıxış edib. O, yığmaya qələbə üçün 1 milyon avro söz verib.
Qeyd edək ki, Serbiya millisi ardıcıl ikinci dəfə dünya çempionatının final mərhələsində mübarizə aparacaq.