Sürpriz kupon – 16.11.2021
Cəbəllütariq – Latviya – 2
Son oyunda səfərdə Norveçdən xal alan Latviya cütün aşkar favoritidir. Cəbəllütariq 9 oyunda qapısında 40 qol görüb. Latviya bu oyunda qələbə qazanmasa, baş məşqçi Kazakeviç papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməlidir.
Monteneqro – Türkiyə – qol/qol
Meydan sahibləri bu oyuna prestij üçün çıxacaq. Türkiyə Dünya çempionatına getmək üçün dişi, dırnağı ilə mübarizə aparır. “Ay-ulduzlular” bəzən həlledici, taleyüklü matçlarda büdrəyirlər. Bu səbəbdən də oyuna 2 yazmağa risk etmirəm. Güman edirəm ki, qol/qol daha münasib variant olar.
Uels – Belçika – 1
Belçika artıq Qətərdə keçiriləcək mundiala “bileti” qazanıb. Uels isə 2-ci yer üçün meydana çıxacaq. Roberto Martinez Kardiffdə futbolçularını necə motivasiya edəcək, açığı, bu, mənə də maraqlıdır. Yəqin ki, əsas heyətlə meydana çıxmayacaq belçikalıların səfərdə uduzması mümkündür.
Cəbəllütariq – Latviya – 2 – 1,35
Monteneqro – Türkiyə – qol/qol – 1,90
Uels – Belçika – 1 – 3,10
Ümumi əmsal: 7,95