Nketia “Arsenal”dan gedir

Nketia “Arsenal”dan gedir

İngiltərənin “Arsenal” klubunun futbolçusu Edvard Nketia komandasını dəyişəcək. Müqaviləsi yayda başa çatacaq hücumçu mövsümün sonunda azad agent statusu alacaq. O, artıq qışda digər klublarla danışıqlara başlaya bilər.

Daha çox oyun praktikası qazanmaq istəyən Nketia bu üzdən klubunu dəyişməkdə maraqlıdır. Buna görə də “Arsenal”ın anlaşmanı uzatmaq cəhdləri uğursuz alınıb.

Qeyd edək ki, Nketia cari mövsümdə cəmi 2 oyunda meydana çıxıb. Liqa kubokunda keçirdiyi görüşlərdə 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.11.2021

Növbəti yazı

“Vest Hem”ə cəza