Günün kuponu – 14.06.2022
İngiltərə – Macarıstan 1
İngiltərə Millətlər Liqasında hələ ki cəmi 2 xal toplaya bilib. Üstəlik, Qaret Sautqeytin komandası səfərdə Macarıstana uduzmuşdu. Meydan sahiblərinin bu oyunda da heyətdə rotasiya edəcəkləri gözlənilir. İtaliyaya qarşı 26 dəqiqə meydanda olan Harri Keyni yəqin ki, start heyətində görəcəyik.
Niderland – Uels 1
Niderland inamla qrupa liderlik edir. Uels isə 3 oyuna yalnız 1 xal toplaya bilib. Lui van Qaalın komandası səfərdə də Uels üzərində qələbə qazanmışdı – 2:1. Bu dəfə meydan sahibləri bəzi aparıcı oyunçulara istirahət verə bilərlər. Amma istənilən halda “narıncılar” doğma publika önündə matçın favoritidirlər.
Lüksemburq – Farer adaları 1
Lüksemburq ötən tur Türkiyəyə 0:2 hesabı ilə məğlub oldu. Farer adaları isə Litva üzərində 2:1 hesablı qələbə qazanaraq ilk xallarını əldə etdilər. Lüksemburq səfərdə Fareri minimal hesabla üstələmişdi. Lüksemburqun heyəti daha yaxşıdır və öz meydanında qələbəyə oynayacaq.