Sürpriz kupon – 14.06.2022
Polşa – Belçika QOL/QOL
3 oyundan sonra hər iki komanda eyni sayda – 4 xal toplayıb. Belçikada keçirilən matçda meydan sahibləri Levandovskinin komandasını darmadağın etmişdi – 6:1. Belçikanın hücum xətti nə qədər möhtəşəm olsa da, komanda hər oyunda top buraxır. Levandovski yəqin ki, bu dəfə start heyətinə qayıdacaq. Meydan sahibləri revanş almağa çalışacaqlar. Ona görə də məhsuldar oyun izləyəcəyimizə ümid edirəm.
Ukrayna – İrlandiya 1
2 oyundan sonra 100 faizlik nəticə göstərən Ukrayna qrupun lideridir. “Sarı-göylər” Dublində İrlandiya üzərində qələbə qazana bilmişdilər – 1:0. Hər iki komanda son oyunlarını böyük hesablı qələbə ilə bitirib. Ukrayna Ermənistanı 3 cavabsız qolla məğlub etdiyi gün, İrlandiya eyni hesabla Şotlandiya üzərində qələbə qazanmışdı. Ukrayna rəqiblərini neytral meydanda – Polşanın Lodz şəhərində qəbul etsə də, azarkeşlər komandanı tək buraxmırlar.
Türkiyə – Litva ÜST 2,5
Türkiyənin yeri C divizionu deyil. “Ay ulduzlular” buradakı rəqiblərindən açıq-aşkar güclüdürlər. Komanda 3 oyuna 12 top vurub və öz qapısında qol görməyib! Litva isə qrupun aşkar autsayderidir. Pribaltikalılar 3 oyunun hamısında uduzublar. Türkiyə matça rahat çıxmasa, Vilnüsdəki kimi böyük hesabla qalib gələ bilər.