Canni de Byazi: “Futbolçular buna layiqdirlər”

Canni de Byazi: “Futbolçular buna layiqdirlər”

Azərbaycan yığması Millətlər Liqasının IV turunda Belarusu qəbul edib. İlk üç oyununda qola və qələbəyə həsrət olan millimiz 2:0 hesabı ilə qalib gəlib.

Görüşdən sonra baş məşqçi Canni de Byazinin mətbuat konfransı keçirilib. İtaliyalı mütəxəssis oyun barədə fikirlərini açıqlayıb:

“Nəhayət qələbə qazandıq. Mən sevinirəm. Özüm üçün yox, futbolçular üçün sevinirəm. Çünki onlar buna layiqdirlər. 11 günə 4 oyun keçirdik. Ağır oyunlar oldu. Mövsümün sonu olduğu üçün çox çətin idi. Amma bu gün qalib gələ bildik. Qazaxıstanın lider olması sürpriz görünə bilər. Maraqlı məqam odur ki, onlarda mövsüm davam edir. Digər ölkələrdə isə mövsüm bitib və bu fiziki baxımdan özünü göstərir. Qazaxıstana qarşı da yaxşı oynamışdıq. Təəssüf ki, şanslardan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi. Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik. İki hücumçudan başqa Aleksey İsayev və Coşqun Diniyevi xüsusi qeyd etməliyəm. Start heyətdə meydana çıxanlar da sonadək vuruşdular. Bu, Slovakiya ilə matçdan sonra çətin idi. Amma oyunçular bunu bacardılar”.

ETOPAZ

Əvvəlki yazı

Millimiz ilk qələbəsini qazandı

Növbəti yazı

Günün kuponu – 14.06.2022