Millimiz ilk qələbəsini qazandı

Millimiz ilk qələbəsini qazandı

Bu gün Millətlər Liqasında IV turun növbəti görüşləri keçirilib. C Liqasının 3-cü qrupunda qərarlaşan Azərbaycan millisi Belarusu qəbul edib.

Qarşılıqlı hücumlarla başlayan matçda erkən qol olmayıb. Komandalar təhlükəli epizodlar yaratmaqda çətinlik çəkiblər. İkinci hissəyə isə yığmamız fəal başlayıb. İlk dəqiqələrdən ardıcıl hücumlar quran Azərbaycan millisi bir neçə dəfə qola yaxın olub. Mahir Emrelinin fəallığı özünü 76-cı dəqiqədə doğruldub. Zaqreb “Dinamo”sunun şərəfini qoruyan forvard millimizin 2022-ci ildəki ilk qoluna imza atıb – 1:0. Qoldan sonra üstünlüyü tamamilə əlinə alan yığmamız Şeydayevlə fərqi ikiyə çatdırıb. Komandamız görüşü qələbə ilə başa vurub. Bu qalibiyyətlə xal hesabını 4-ə çatdıran Azərbaycan millisi Belarusu keçərək 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, qrupun digər matçında Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”a Çempionlar Liqasında 5 mümkün rəqib

Növbəti yazı

Canni de Byazi: “Futbolçular buna layiqdirlər”