Günün kuponu – 08.02.2023
“Əl Əhli” – “Real Madrid” – 2
Klublararası dünya çempionatına birbaşa yarımfinaldan qoşulan “Real Madrid” təbii ki, Afrikanın son vitse-çempionu ilə matçda şəksiz favoritdir. Misir təmsilçisi çətin ki, dünya futbolunun nəhənglərindən biri qarşısında sürpriz etsin.
“Bohum” – “Borussiya Dortmund” – QOL/QOL
Bundesliqada son 4 matçın hamısını qazanan və lider “Bavariya”dan cəmi 3 xal geri qalan Dortmund klubu Almaniya Kubokuna da iddialıdır. 1/8 final mərhələsi bir oyundan ibarətdir, “Borussiya” ən pis halda matçın taleyini əlavə vaxta və ya penaltilər seriyasına daşıya bilər. Burada da qələbə olmazsa, kubokla vidalaşacaqlar. “Bohum” tipdə komandalar isə məhz kubok yarışlarında sürprizlərlə diqqət çəkir. Ona görə hər iki komandadan bu dueldə qol gözləyirəm.
PSV – “Emmen” – 2,5 ÜST
PSV 15 gün əvvəl Erediviziyada məhz “Emmen”ə uduzmaqla (0:1) hamını təəccübləndirmişdi. İndi qisas üçün kubok turnirində eyndhovenlilərin əlinə yaxşı fürsət düşüb. 1/8 final mərhələsi bir matçdan ibarət olduğu üçün PSV məncə bu görüşdə böyük hesablı qələbə qazanacaq.