Sürpriz kupon – 08.02.2023
“Nürnberq” – “Fortuna Düsseldorf” – 2,5 ALT
2-ci bundesliqa təmsilçiləri Almaniya Kubokunun 1/8 finalında qarşılaşacaq. Mərhələ bir oyundan ibarət oldugundan əlavə vaxt və ya penaltilər seriyasını da nəzərə almaq lazımdır. Ona gorə 1×2 variantlarının hər üçündən vaz keçərək, 2,5 altı seçirəm. Məncə, tərəflər ehtiyatlı oyuna üstünlük verəcək.
“Sanderlend” – “Fulhem” – ən çox qol vurulan hissə – 2-ci hissə
Çempionşiplə premyer liqanın ortabab komandaları FA Cupda 1/8 finala vəsiqə uğrunda mübarizə apacaq. Tərəflərin ilk görüşü 1:1 hesabı ilə yekunlaşıb. Fikrimcə, ilk hissədə tərəflər daha çox qol buraxmamağı, fasilədən sonra isə matçın taleyini həll etməyi düşünəcək. Bu baxımdan 2-ci hissədə 1-ci ilə müqayisədə daha çox qol olacağını düşünürəm, 2 əmsal da pis deyil haa…
“Anje” – “Nant” -1ci hissə cüt şans 12
Fransa Kubokunun 1/8 final mərhələsi bir görüşdən ibarətdir. Şansları bərabər saydığımdan qeyri-adi varianta – ilk hissəni tərəflərdən birinin öndə bitirəcəyinə mərc edirəm.