Busketsə cəlbedici təklif

Busketsə cəlbedici təklif

Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəsr” daha bir ulduzu heyətinə qatmağa qərar verib. Səudiyyə Ərəbistanı klubu Serxio Busketsin xidmətində maraqlıdır.

“Barselona” ilə müqaviləsi yayda başa çatacaq 35 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif də göndərilib. Asiyalılar azad agent kimi heyətinə qatmaq istədiyi ispan futbolçuya 2 illik anlaşma təklif edib. Buskets “Əl-Nəsr”ə keçsə, vergilər çıxıldıqdan sonra mövsümdə 18 milyon avro maaş alacaq.

Buskets öncə “Barselona”nın yeni müqaviləsinin şərtlərini nəzərdən keçirməyi planlaşdırır. Onun xidmətində MLS təmsilçisi “İnter Mayami” də maraqlıdır.

ETOPAZ

Əvvəlki yazı

Pioliyə iki əvəzləyici

Növbəti yazı

Günün kuponu – 08.02.2023