Günün kuponu – 07.08.2023
“Odense” – “Viborq” ALT2.5
Danimarka çempionatında 3-cü tura start verilir. “Odense” 1 qələbə və 1 heç-heçə ilə 4 xal toplayıb. Qonaqlar isə yalnız 1 xal toplayıb. Maraqlıdır ki, 2016-cı ildən etibarən meydan sahibləri rəsmi görüşlərdə “Viborq”a qalib gəlməyib.
“Saos Pau” – “Bordo” ALT2.5
Fransa 2-ci liqasında ilk turun son görüşünə mərc gəlmək imkanı var. Hər iki komanda son yoldaşlıq görüşlərini heç-heçə ilə başa vurub. Heyət baxımından “Bordo” yaxşı vəziyyətdə deyil. Bununla belə ilk turla bağlı proqnoz vermək asan deyil.
KTP – “İnter Turku” 2
Finlandiya çempionatında ikinci altılıqda qərarlaşan klublar inamlı təsir bağışlamır. Ardıcıl 5 matçda KTP qələbəyə həsrət qalıb. Qonaqlar isə son görüşdə qələbə qazanıb. Bu matçda “İnter”in uğur qazanacağını düşünürəm.