Sürpriz kupon – 07.08.2023

Sürpriz kupon – 07.08.2023

İngiltərə – Nigeriya İngiltərə hesabı açır və qələbə qazanır
Qadınlar arasında dünya çempionatında 1\8 final başlayır. Nigeriya qrupda 1 qələbə, 2 heç-heçə sayəsində mərhələ adlayıb. İngilislər isə maksimum xalla pley-offa vəsiqə qazanıb. Güzəştsiz mübarizə olacağı bu oyundan məhsuldar nəticə gözləyirəm.

Avstraliya – Danimarka ÜST2.5
Qadın futbolçuların dünya çempionatında 1\8 final. Qrup mərhələsində 4 xal qazanan Avstraliya iddialı açıqlamalarla yadda qalıb. Danimarka Çin və Haiti üzərində qələbələrlə pley-offa adlayıb. Bu oyunda ÜST2.5 seçiminin reallaşacağını düşünürəm.

“Voluntari” – “Rapid Buxarest” QOL sayı TƏK
3 turdan sonra qonşu pillələrdə qərarlaşan komandaları bir-birindən 1 xal ayırır. “Voluntari” 1 xal öndə olmaqla 7-ci sıradadır. Son 2 ildə meydan sahibləri “Rapid”ə qalib gəlməyib. Ən yaxşı halda heç-heçəyə razılaşıb.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 07.08.2023

Növbəti yazı

“Neftçi” Gəncədən xalsız ayrıldı