Günün kuponu – 07.05.2022
“Kristal Palas” – “Uotford” 1
Meydan sahibləri son 10 oyunda 3 dəfə məğlubiyyətə üzülüb. 12-ci pillədə qərarlaşan “Kristal Palas”ı təhlükəli zonadan 9 xal ayırır. Ümumilikdə cari mövsümü komanda üçün qənaətbəxş saymaq olar. Autsayderlər qrupunda olan “Uotford” premyer liqanı tərk edə bilər. Ona görə qonaqlara mütləq xal və ya xallar lazımdır. Fikrimcə meydan sahibləri güzəştə getməyəcək.
“Liverpul” – “Tottenhem” QOL/QOL
Lider “Mançester Siti”dən 1 xal geri qalan mersisaydlılar hazırda əla formadadır. Doğma meydan və azarkeşlər əlavə güc deməkdir. Lakin “Tottenhem” də asan rəqib sayılmır. Ardıcıl altı matçda qələbə qazanan qırmızıların xal itkisinə inanmıram.
“Çelsi” – “Vulverhempton” QOL/YOX
Zadəganlar 66 xalla üçüncü pillədədir. Ən yaxın izləyicisi “Arsenal” “Çelsi”dən 3 xal geri qalır. Klubun sahibi Roman Abramoviçin problemləri “Çelsi”yə təsirsiz ötüşməyib. Stabil oyun sərgiləməyən zadəganlar xal itkisindən sığortalanmayıb. Hər iki komanda son matçda məğlubiyyətə üzülüb.