Sürpriz kupon – 07.05.2022
“Real Betis” – “Barselona” QOL/QOL
Lider “Real”a çata bilməyən “Barselona” ikinci pilləni qorumağa çalışır. Ən yaxın izləyicisi “Sevilya” kataloniyalılardan 2 xal geri qalır. Beşinci pillədə olan meydan sahibləri Avropa Liqasına vəsiqə qazanmaq üçün xalını artırmalıdır. Bu matça görə qol\qol seçimini daha real hesab edirəm.
“Torino” – “Napoli” 2
Lider “Milan”dan 7 xal geri qalan “Napoli” bu həftə səfərdə “Torino”nun qonağı olacaq. İlk onluğu qapayan meydan sahiblərinin avrokubok şansları yoxdur. Ona görə sadəcə xal ehtiyatını artırmağa çalışacaq. “Napoli” üçün isə qələbənin əhəmiyyəti böyükdür.
“Hoffenhaym” – “Bayer Leverkuzen” QOL/QOL
Bundesliqada “Bavariya”nın çempionluğu rəsmiləşib. Leverkuzen təmsilçisi son tur ərəfəsində üçüncü pilləni qorumağa çalışacaq. 8-ci yerdə olan “Hoffenhaym”ın heyətlə bağlı ciddi sayılmayan problemləri var. Bu oyundan məhsuldar nəticə gözləyirəm.