Günün kuponu – 06.02.2023
“Verona” – “Latsio” ÜST2.5
A seriyasında “Milan”la eyni xala malik “Latsio” 4-5-ci yerləri bölüşür. İtaliya Kubokunda “Yuventus”a uduzan qonaqlar ötən tur “Fiorentina” ilə matçda xal itirib. Meydan sahibləri 2023-cü ildə evdə uduzmayıb. İki görüşdə 6 xal toplayan “Verona” asan rəqib sayılmır.
“Monza Brianza” – “Sampdoriya” ÜST2.5
Turnir cədvəlində ortalarda qərarlaşan meydan sahibləri autsayderlərdən birini qəbul edir. Ötən tur “Yuventus”a 2-0 hesabı ilə qalib gələn “Monza” bütün proqnozları alt-üst etdi. Unutmaq olmaz ki, “Sampdoriya” A seriyasında ən çox qola məyus olan üç klubdan biridir.
“Ümraniyespor” – “Adana Dəmirspor” QOL/QOL
Adana təmsilçisi superliqada 5-ci yerdədir. Çempionatın ardıcıl dörd oyununda uduzan meydan sahibləri aşkar autsayder olduğunu etiraf edib. Ötən tur “Fənərbağça” ilə 1-1 oynayan qonaqlar səfərə qələbə əzmi ilə yollanacaq.