Sürpriz kupon – 06.02.2023
“Girəsunspor” – “Kayserispor” 2
Superliqada turnir cədvəlinin ayrı-ayrı istiqamətlərində yerləşən klubların duelində qonaqlar favoritdi. İndiyə qədər heç vaxt bu rəqibə uduzmayan “Kayserispor” səfərdə də qələbə qazanacaq gücdədir.
“Fənərbaxça” – “Konyaspor” ÜST2.5
Liderdən 6 xal geri qalan sarı lacivərdlilər Konya təmsilçisi qarşısında imtahan verəcək. Yeni ildə qələbəyə həsrət olan “Konyaspor” əksər hallarda meydanı qolsuz tərk etmir. Ötən tur Adana təmsilçisi ilə matçda xal itirən “Fənər” bu dəfə azarkeşlərini sevindirməyə çalışacaq.
“Portimonense” – “Pakuş Ferreyra” QOL/QOL
Portuqaliya çempionatında autsayder “Pakuş Ferreyra” nisbətən yaxşı təsir bağışlayan “Portimonense”nin qonağı olacaq. Ötən tur “Boavişta”ya uduzan meydan sahibləri turnir cədvəlindəki vəziyyətini yaxşıladırmaq üçün oyundan 3 xalla ayrılmalıdı.