Günün kuponu – 01.10.2022
“İnter” – “Roma” – 2,5 ÜST
İddialı və prinsipial Joze Mourinyonun vaxtilə ardıcıl iki dəfə İtaliya çempionluğu (2009 və 2010) və UEFA Çempionlar Liqasını (2010) qazandırdığı “İnter”lə qarşılaşması maraqla gözlənilir. Hər iki komanda A seriyasının son turunda uduzub. Heyətlərdə müəyyən itkilər olsa da, fikrimcə, bu, bol qollu oyun izləməyimizə mane olmayacaq.
“Köln” – “Borussiya Dortmund” – 2,5 ÜST
Bundesliqada son 2 turda cəmi 1 xal qazanan “Köln”ün liqalarda yaranan iki həftəlik fasilədə özünə gəldiyinə ümid edirəm. 7 oyuna 11 qol vuran hücum xəttindən Dortmund klubuna qarşı dueldə də qol və ya qollar gözləyirəm. “Borussiya”nın bu matçda qələbəsinə inanmasam da, qol vuracaqlarını təxmin edirəm. 2,5 üst daha optimal variant kimi görünür mənə.
PSJ – “Nitsa” – 2,5 ÜST
Geniş müzakirəyə ehtiyac yoxdur. Heyətində Messi-Neymar-Mbappe hücum triosu olan komandanın oyunundan başqa nə nəticə gözləmək olar ki? PSJ-nin 8 tura 26 qol vurması hər şeydən xəbər verir.