Sürpriz kupon – 01.10.2022
“Arsenal” – “Tottenhem” – QOL/QOL
London derbisi ərəfəsində hər iki komanda əla formadadır. 7 oyundan 18 xal toplayan “Arsenal” liderdir. Bir xal az toplayan “Tottenhem” isə hələ bu mövsümdə məğlub olmayıb. 7 turda “Arsenal” rəqib qapılarına 17, rəqibi isə bir top çox vurub. Buraxıblan qol sayı isə hər ikisində eynidir – 7. Hücum potensialını nəzərə alsaq, derbidə qarşılıqlı qollar gözləyirəm.
“Leypsiq” – “Bohum” – QOL/QOL
7 turda bir qələbəsi belə olmayan “Bohum” sonuncu yerdən çıxmaq üçün mübarizə aparır. “Leypsiq” isə bundesliqa və ÇL-də son oyunlarda uduzub. Komanda 7 oyunda 12 qol buraxıb, “Bohum” isə çempionatın ən bərbad müdafiəsinə malikdir (-19 qol). Bununla belə autsayderin səfərdə ən azı qol vuraraq sürpriz edəcəyini düşünürəm.
“Verder” – “Borussiya Münhenqladbax” – 2,5 ÜST
Münhenqladbax klubu 7 oyunda 10 qol vurub. “Verder” isə 13 dəfə qol sevinci yaşayıb. Amma Bremen təmsilçisinin öz qapısından 12 top buraxmasını da nəzərə almaq lazımdır. Rəqəmlər oyunun məhsuldar keçəcəyinə işarə edir.