Dok Rivers sabiq yetirməsini yanına aparır

Dok Rivers sabiq yetirməsini yanına aparır


“Filadelfiya” NBA-da yeni mövsümün startı ərəfəsində heyətini gücləndirmək niyyətindədir. “Siksers” Redjon Rondonu transfer etməyi planlaşdırır. Filadelfiyalılar “Memfis”in veteranını almaq barədə düşünür. Rondonun hazırkı müqaviləsi gələn ilin yayında başa çatır. O, indiki anlaşması ilə ildə 7,5 milyon dollar qazanır.
“Siksers”in baş məşqçisi Dok Rivers “Boston”da çalışdığı vaxtdan Rondonu tanıyır. Onlar bu komanda ilə çempionluq yaşayıblar.
Memfis təmsilçisi də bu yay “Klippers”dən gələn Redjonu mövsümün startına qədər göndərmək istəyindədir.

ETOPAZ

Əvvəlki yazı

Karyerasında ilk

Növbəti yazı

“Yuventus” hücumçu axtarışında