Alleqri üçün son şans
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gəlib. Klubun onunla bağlı nə vaxt qərar verəcəyi bəlli olub.
Mütəxəssisin Turin təmsilçisindəki taleyinə mövsümün sonunda aydınlıq gələcək. Baş məşqçinin postunda qalması komandanın nəticəsindən asılı olacaq. “Yuventus” Çempionlar Liqasına vəsiqə qazanmasa, Alleqri istefaya göndəriləcək.