Günün kuponu – 03.04.2024
“Mançester Siti” – “Aston Villa” – 2,5 ÜST
“Siti”nin oynadığı son 3, “Aston Villa”nın isə 2 qarşılaşması 2,5 Alt bitib. Komandaların hücum potensialını nəzərə alsaq, bu təəccüb doğurur. Məncə, bu seriya hər iki komanda üçün dayanacaq. Oyunda qapılara azı 3 qolun vurulacağını gözləyirəm.
“Pert Qlori” – “Sidney” – 1-ci hissə cüt şans 12
Avstraliya Liqasının oyunlarında ən çox rast gəlinən variantlardan biridir. Əksər matçlarda 2 və ya daha çox qol vurulduğundan adətən bu qarşılaşmalarda hesabdakı bərabərlik ilk hissədə pozulur. Fikrimcə, bu görüşdə də belə olacaq.
“Fənərbaxça” – “Adana Dəmirspor” – 2,5 ÜST
Çempionluq yarışında “Qalatasaray”dan 2 xal geri qalan “Fənərbaxça” mütləq qələbə qazanmalıdır. Rəqibin heyətində isə keyfiyyətli oyunçular az deyil. Bu matç üçün oyun 1 variantı həm risklidir, həm də əmsalı az olduğundan o riskə dəyməz. Tərəflər arasında indiyədək “Fənər”in meydanında oynanılan matçların hamısında 2,5 Üst qeydə alınıb. Bu dəfə də məhsuldar oyun gözləyirəm.