UEFA-dan iki mükafata 8 namizəd

UEFA-dan iki mükafata 8 namizəd

Avrokubokların 1/8 final mərhələsi başa çatıb. Avropa Liqası və Konfrans Liqasında cavab oyunlarından sonra həftənin ən yaxşısı adına namizədlər açıqlanıb.

UEFA hər turnirdə 4 futbolçunu fərqləndirib. Orkun Kökçü (“Feyenoord”), Kasemiro (“Mançester Yunayted”), Antonio Adan (“Sportinq”) və Lazare Amani (“Union”) Avropa Liqasında mükafata iddia edir.

Konfrans Liqasında isə Gift Emmanuel Orban (“Gent”), Yesper Karlsson (“Alkmaar”), Bart Verbruggen (“Anderlext”) və Carrod Bouen (“Vest Hem”) bu ada namizəddir. Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə ilə bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu

Növbəti yazı

Reşford Ronaldonu keçdi