Üç ilin darmadağını
“Milan” A seriyasının 19-cu turunda “Latsio”nun qonağı olub. Romalılar son çempionu 4:0 hesabı ilə darmadağın edib.
“Rossonyeri” son 3 ildə quru hesablı və ən azı 4 top fərqli məğlubiyyət almamışdı. Milanlılar sonuncu dəfə 2019-cu il dekabrın 22-də belə nəticə ilə üzləşib. Həmin gün “Atalanta” 5 cavabsız qola sevinib.