Sürpriz kupon – 25.01.2023
“Turan Tovuz” – “Qarabağ” – ən çox qol vurulduğu hissə – 2-ci hissə
ETOPAZın təklif etdiyi maraqlı mərc variantlarından biri. Əmsalı da yetərincə yaxşıdır – 1,95. Fikrimcə, “Qarabağ” ilk hissədə hesabı tezliklə aça bilməyəcək. Bəlkə də ilk qol fasilədən sonra vuruldu. İstənilən halda 2-ci yarıda 1-ci hissəyə nisbətdə daha çox qol vurulacağını düşünürəm.
“Frayburq” – “Ayntraxt” – QOL/QOL
Ötən tur “Volfsburq”a 6 cavabsız qolla uduzan “Frayburq” heyfini çıxmağa rəqib axtarır. Amma hazırda 2-ci pillədə yer alan “Ayntraxt” o rəqiblərdən deyil. Qol buraxacağı halda əvəzini çıxmağa qadir komandadır. Ona görə matçın qarşılıqlı qollarla keçəcəyini təxmin edirəm.
“Bayer Leverkuzen” – “Bohum” – 2,5 ÜST
Hazırda bundesliqada ən çox qol buraxan komanda “Bohum”dur – 37 top. “Bayer”in də top balansı təqdirəlayiq deyil. 28 qol vurub, bir o qədərini də buraxıb. Məncə, belə komandaların duelində 2,5 üst ən yaxşı variantlardan biridir.