Tsitsipasdan irəliləyiş, Medvedev liderliyini qorudu

Tsitsipasdan irəliləyiş, Medvedev liderliyini qorudu

ATP-nin həftəlik reytinq cədvəli açıqlanıb. İlk 3-lük dəyişməz olaraq qalıb.

Rusiyalı Daniil Medvedev zirvədəki yerini qoruyub. Onu ardıcıllıqla Aleksandr Zverev və Novak Cokoviç izləyir.

Malyorkada keçirilən turnirin çempionu Stefanos Tsitsipas siyahıda irəliləyib. O, Kasper Rudu keçərək ilk 5-liyə qayıdıb.

1 (1). Daniil Medvedev (Rusiya) – 7955
2 (2). Aleksandr Zverev (Almaniya) – 7030
3 (3). Novak Cokoviç (Serbiya) – 6770
4 (4). Rafael Nadal (İspaniya) – 6525
5 (6). Stefanos Tsitsipas (Yunanıstan) – 5150
6 (5). Kasper Ruud (Norveç) – 5050
7 (7). Karlos Alkaras (İspaniya) – 4890
8 (8). Andrey Rublev (Rusiya) – 3870
9 (9). Feliks Oje-Alyassim (Kanada) – 3760
10 (10). Ubert Urkaç (Polşa) – 3735

ETOPAZ

Əvvəlki yazı

“Real”da yeni oyunçu

Növbəti yazı

Şventek zirvədə, Caber ikinci pilləyə yüksəldi