“Tottenhem”in skautları “Sauthempton”un matçında
“Tottenhem” heyətini gücləndirməyi planlaşdırır. Klub yayda “Sauthempton”un yarımmüdafiəçisi Ceyms Uard-Prouzu transfer etməyi düşünür.
“Spurs” bu keçid üçün artıq hərəkətə keçib. Klub İngiltərə çempionatının 34-cü turunun “Sauthempton” – “Nyukasl” (1:3) matçında yarımmüdafiəçini izləmək üçün skautlar göndərib.