TƏBRİKLƏR, “QARABAĞ”!

TƏBRİKLƏR, “QARABAĞ”!

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün çempionu bəlli olub. 34-cü turda “Səbail”ə qalib gələn “Qarabağ” bununla da 1-ci yeri təmin edib. Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisi “Sabah”la xal fərqini 10-a çatdırıb və çempionatın sonuna iki tur qalmış qızıl medalları qazanıb.

Ağdam klubu tarixində 10-cu dəfə ölkə çempionu olub. İlk uğurunu 1993-cü ildə bayram edən “Qarabağ” son 10 mövsümdə 9-cu dəfə qızıl medallara sahib çıxıb.

Ağdam təmsilçisi Qurban Qurbanovla 9-cu uğura imza atıb. 10-cu çempionluğu qazanan “Qarabağ” Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasına vəsiqə qazanıb. Ağdam klubu bununla da hər biri 5 çempionluğu təcəssüm edən ikinci ulduza yiyələnib.

“ETOPAZ” “Qarabağ”ı 10-cu çempionluğu və 2-ci ulduzu münasibətilə təbrik edir, Çempionlar Liqasında uğurlar arzulayır. Təbriklər, “Qarabağ”!

Azərbaycan çempionları:

1992. “Neftçi” (Bakı)

1993. “Qarabağ” (Ağdam)

1993/94. “Turan” (Tovuz)

1994/95. “Kəpəz” (Gəncə)

1995/96. “Neftçi” (Bakı)

1996/97. “Neftçi” (Bakı)

1997/98. “Kəpəz” (Gəncə)

1998/99. “Kəpəz” (Gəncə)

1999/2000. “Şəmkir”

2000/01. “Şəmkir”

2001/02. Yarımçıq qalıb

2002/03. Keçirilməyib

2003/04. “Neftçi” (Bakı)

2004/05. “Neftçi” (Bakı)

2005/06. “Bakı”

2006/07. “Xəzər Lənkəran”

2007/08. “İnter” (Bakı)

2008/09. “Bakı”

2009/10. “İnter” (Bakı)

2010/11. “Neftçi” (Bakı)

2011/12. “Neftçi” (Bakı)

2012/13. “Neftçi” (Bakı)

2013/14. “Qarabağ” (Ağdam)

2014/15. “Qarabağ” (Ağdam)

2015/16. “Qarabağ” (Ağdam)

2016/17. “Qarabağ” (Ağdam)

2017/18. “Qarabağ” (Ağdam)

2018/19. “Qarabağ” (Ağdam)

2019/20. “Qarabağ” (Ağdam)

2020/21. “Neftçi” (Bakı)

2021/22. “Qarabağ” (Ağdam)

2022/23. “Qarabağ” (Ağdam)

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” ÇEMPİON!

Növbəti yazı

“Sauthempton” Premyer Liqanı tərk edir