“Qarabağ” ÇEMPİON!
Azərbaycan Premyer Liqasında 34-cü turun ikinci günü başa çatıb. “Səbail” “ASCO Arena”da “Qarabağ”ı qəbul edib.
Matçın taleyi ikinci 45 dəqiqədə həll olunub. 3 cavabsız qol vuran Qurban Qurbanovun yetirmələri səfərdə üç xal qazanıb.
Öncə Bəhlul Mustafazadə hesabı açıb. Ardınca Ramil Şeydayev iki qola imza atıb.
3:0 hesablı qələbə ilə xallarının sayını 87-yə çatdıran “Qarabağ” “Sabah”la xal fərqini 10-a yüksəldib. Ağdam klubu sona iki tur qalmış çempionluğu təmin edib. Bu, klub tarixində 10-cu qızıl medaldır. “Qarabağ” bununla da Azərbaycan çempionatlarının rekordçusu olub.
1 | Qarabağ | 34 | 27 | 6 | 1 | 87-22 | 87 |
2 | Sabah | 33 | 24 | 5 | 4 | 71-23 | 77 |
3 | Neftçi | 33 | 18 | 7 | 8 | 58-36 | 61 |
4 | Qəbələ | 34 | 13 | 9 | 12 | 46-46 | 48 |
5 | Zirə | 34 | 12 | 10 | 12 | 42-46 | 46 |
6 | Turan Tovuz | 34 | 10 | 8 | 16 | 33-44 | 38 |
7 | Kəpəz | 34 | 6 | 12 | 16 | 32-58 | 30 |
8 | Sumqayıt | 33 | 7 | 7 | 19 | 24-62 | 28 |
9 | Səbail | 34 | 6 | 7 | 21 | 29-60 | 25 |
10 | Şamaxı | 33 | 4 | 11 | 18 | 25-50 | 23 |
Bombardirlər:
Ramil Şeydayev (“Qarabağ”) – 22 qol
Musa Qurbanlı (“Qarabağ”) – 20 qol
Coy Lens Mikels (“Sabah”) – 17 qol
Emin Mahmudov (“Neftçi”) – 16 qol
Aleksey Kaşuk (“Sabah”) – 16 qol