Sürpriz kupon – 27.07.2022
“Olimpiakos” – “Makkabi Hayfa” ALT 2,5
Bu komandaların ilk oyunu böyük marağa səbəb olmuşdu. İsraildəki matçda qollu bərabərlik (1:1) qeydə alındığından “Olimpiakos” öz meydanında azacıq üstün görünür. Hayfadakı qarşılaşmada hakim hər iki komandanın futbolçularına 10 sarı vərəqə göstərmişdi. Cavab matçı da şübhəsiz ki, maraqlı alınacaq. Amma çox qol vuralacağını gözləmirəm. Hətta oyun əlavə vaxta da gedə bilər.
“Fənərbaxça” – “Dinamo” (Kiyev) QOL/QOL
“Fənər” Polşada keçirilən səfər matçından qolsuz bərabərliklə qayıtdığından çoxları İstanbul klubunun şanslarını yüksək qiymətləndirir. Lakin hələ də Jorje Jesusun komandasının rahat şəkildə növbəti mərhələyə vəsiqə qazanacağına şübhə ilə yanaşıram.
Güman edirəm ki, bu dəfə Polşadakı matçdan fərqli oyun izləyə bilərik. Hətta daha qollu qarşılaşma olacağını proqnozlaşdırmaq olar.
“Sürix” – “Qarabağ” ALT 2,5
Bakıda qapılara 5 qol vurulsa da, cavab matçının bu dərəcədə məhsuldar olacağına inanmıram. Düzdür, İsveçrə klubuna öz meydanında 2 top fərqli qələbə lazımdır. Bu səbəbdən Qurban Qurbanovun da komandası müdafiədə ehtiyatlı oynamağa çalışacaq.
“Qarabağ” da hər hansı futbolçunun zədəli olmaması məşqçilər korpusunu sevindirməyə bilməz. Azəərbaycan çempionu rəqibin ilk dəqiqələrdəki təzyiqinin qarşısını ala bilsə, İsveçrədən istədiyi nəticə ilə dönəcək.