Günün kuponu – 27.07.2022
“Bodo Qlimt” – “Linfild” 1
Şimali İrlandiyada keçirilmiş ilk oyunda meydan sahibləri minimal hesabla qələbə qazanaraq sensasiyaya imza atmışdılar.
“Bodo Qlimt” Norveçdə bunun əvəzini artıqlaması ilə çıxmaq üçün əlindən gələni edəcək.
“Bodo Qlimt” həftəsonu yerli liqada 5:0 hesabı ilə qələbə qazandığından ÇL matçına əla əhval-ruhiyyədə çıxacaq. Həm də Norveç çempionu heyətinə, imkanlarına görə “Linfild”dən üstündür.
“Malmö” – “Jalqiris” 1
Bu cütdə də ilk oyunda gözlənilməz hesab qeydə alınmışdı. Litva çempionu Vilnüsdə “Malmö”nü minimal hesabla məğlub edə bilmişdi. İsveç təmsilçisi nmövsüm başa çatdıqdan sonra bir çox aparıcı futbolçuları ilə vidalaşsa da, yenə də “Jalqiris”i öz meydanında uda biləcək gücdədir.
Hətta “Malmö” böyük hesabla da qələbə qazana bilər.
“Slovan” – “Ferentsvaroş” QOL/QOL
“Qarabağ”ın potensial rəqiblərinin ilk oyununda Bratislava klubu səfərdə qələbə qazanaraq, növbəti mərhələyə yüksəlmək şanslarını xeyli yaxşılaşdırdı.
Stanaislav Çerçesovun rəhbərlik etdiyi “Ferentsvaroş” Slovakiyadakı görüşdə ilk dəqiqələrdən irəli atılmaq məcburiyyətindədir. Ona görə də bizi gərgin və maraqlı oyun gözləyir.
Güman edirəm ki, hər iki tərəfin fərqlənmək üçün imkanları olacaq.