Sürpriz kupon – 27.05.2023
“İnter” – “Atalanta” QOL/QOL
Bir neçə gün əvvəl İtaliya Kubokunu qazanan “İnter” indi yalnız Çempionlar Liqasının finalını düşünür. Ola bilsin, “Mançester Siti” ilə qarşılaşmaya heyəti qorumaq üçün əsas oyunçulardan bir neçəsinə istirahət verilsin. Buna baxmayaraq istənilən heyətlə “İnter”in qol vuracağına, “Atalanta”nın da borclu qalmayacağına inanıram.
“Ştutqart” – “Hoffenhaym” – 1-ci hissə cüt şans 12
Bundesliqada qalmaq üçün “ölüm-dirim” matçı. “Hoffenhaym”ı 1 xal da qane edir. Hətta bundesliqada yerini qorumağa çalışan daha bir komanda “Mayns” “Bayer Leverkuzen”ə qalib gəlməzsə, “Hoffenhaym” “Ştutqart”a uduza da bilər. Ştutqartlılara isə mütləq qələbə lazımdır. Fikrimcə, həlledici xarakter daşıyan bu matçda artıq ilk hissədə hesabdakı bərabərlik pozulacaq.
“Ayntraxt” – “Frayburq” – QOL/QOL
“Ayntraxt” mövsümdə son oyuna bir növ əylənmək üçün çıxacaq. Nəticənin onlar üçün heç bir əhəmiyyəti qalmayıb. “Frayburq” isə hələ də yeni mövsümdə Çempionlar Liqasında oynamaq ümidini itirməyib. “Union Berlin” bu tur xal itirsə, frayburqlular Frankfurt səfərində qələbə qazanaraq 4-cü yeri tuta bilər. Belə oyundan bol qol gözləməyə dəyər.