Günün kuponu – 27.05.2023
“Köln” – “Bavariya” QOL/QOL
Bundesliqada bütün sullara aydınlıq gətirəcək son tur. Lider “Borussiya”dan 2 xal geri qalan “Bavariya”nın taleyi öz əlində deyil. Münhen klubunun çempion olması üçün gərək Dortmund təmsilçisi öz meydanında “Mayns”la görüşdə xal itirsin. Bu isə real görünmür. Oyunun gedişində Dortmunddan gələn “Bavariya” üçün arzuolunmaz xəbər münhenlilərin “Köln”lə qarşılaşmanın “başını buraxmasına” da gətirub çıxara bilər. Ona görə bu dueldə hər iki komandadan qol gözləyirəm.
“Marsel” – “Brest” 1-ci hissə cüt şans 12
Nəticənin tərəflərdən heç biri üçün ciddi əhəmiyyəti yoxdur. Belə oyunlara 1×2 variantlarını seçmək risklidir. İlk yarının nəticəsinə mərc edək, qoy, hansı tərəf bacarır, qol vursun. Əsas odur fasiləyə qədər hesabdakı bərabərlik pozulsun.
“Union Berlin” – “Verder” – 1-ci hissə cüt şans 12
“Verder” üçün oyunun heç bir əhəmiyyəti yoxdur. 4-cü sırada yer alan “Union Berlin” isə xal itirəcəyi halda izləyicisi “Frayburq”un irəli keçməsinə imkan yaradacaq. Son nəticədə berlinlilər yeni mövsümdə Çempionlar Liqasında oynamaq şansını itirəcək. Ona görə mövsümün son matçının bol qollu keçəcəyini düşünürəm. Hesabdakı bərabərlik fikrimcə, elə ilk hissədə pozulacaq.