Sürpriz kupon – 26.10.2022
“Ayntraxt” – “Marsel” – 2,5 ÜST
Frankfurt təmsilçisi 4 xalla qrupda sonuncudur. Qələbə onları hətta 2-ci yerə yüksəldə bilər. “Marsel” isə 3 xal qazanacağı halda pley-offa doğru böyük bir addım atmış olacaq. Qısası, güzəştsiz mübarizə və məhsuldar oyun gözləyirəm.
“Brugge” – “Porto” – 2,5 ALT
İlk oyunda Belçika klubu səfərdə sürpriz qələbə qazanmışdı – 4:0. Artıq “Brugge” 1/8 finala vəsiqəni də təmin edib. “Porto”ya isə xal çox lazımdır. Əslində bu matçın heç-heçə bitəcəyini təxmin edirəm. Amma 2,5 alt daha sığortalı olduğundan bu varianta üstünlük verirəm.
“Napoli” – “Reyncers” – YOX/QOL
“Reyncers” 4 oyunda cəmi 1 qol vurub. Bəlkə də kimsə düşünür ki, “Napoli” artıq pley-offa çıxdığından bu oyuna ciddi yanaşmayacaq. Amma məncə, istənilən halda Neapol klubu bu görüşdə şotlandların qol vurmasına imkan verməyəcək.