Günün kuponu – 26.10.2022

Günün kuponu – 26.10.2022

“Barselona” – “Bavariya” – 2,5 ÜST

“Barselona” qrupda qalmaq reallığı ilə üz-üzədir. 2-ci yer şansını saxlamaq üçün bu görüşdə mütləq qalib gəlməli, eyni zamanda “İnter”in “Viktoriya Plzen”lə matçda xal itirəcəyinə ümid etməlidir. Fikrimcə, Levandovski keçmiş klubu “Bavariya”nın qapısına bu dəfə yol tapa biləcək. Münhen klubu 1/8 finala vəsiqəni təmin etsə də, “Nou Kamp”da” əlini yanına sallayıb baxmayacaq”. Bol qollu bir oyun gözləyirəm.

“Tottenhem” – “Sportinq” – 3,5 ALT

Hər iki komanda üçün çox vacib oyundur. 4 turdan sonra “Tottenhem” 7 xalla D qrupunun lideridir, “Sportinq” isə ingilislərdən 1 xal az toplayıb. “Sportinq”in heyətində itkilər olduğundan fikrimcə, portuqallar ehtiyatlı oyuna üstünlük verəcək. Hər nə qədər qol, qarşılıqlı qollar gözlənilsə də, fikrimcə, bu matçda maksimum 3 qol vurular.

“İnter” – “Viktoriya Plzen” YOX/QOL

“İnter”ə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün bu oyunda qələbə lazımdır. 4 oyuna qapısından 16 qol buraxan Plzen klubu çətin ki, italyanların qarşısında dayana bilsin. Çexlərin hətta bir qol belə vuracağına inanmıram. Ona görə yox/qol variantına üstünlük verirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Atletiko” Feliksi satmaqdan imtina edib

Növbəti yazı

Sürpriz kupon – 26.10.2022