“Atletiko” Feliksi satmaqdan imtina edib
“Atletiko”nun hücumçusu Jo Feliks karyerasını Bundesliqada davam etdirə bilərmiş. Onun xidmətində “Bavariya” maraqlı olub.
Yay transfer pəncərəsində Münhen klubu “Liverpul”dan Sadio Manenin transferi baş tutmasa, portuqaliyalını transfer etmək variantını nəzərdən keçirib. “Bavariya” onun keçidi üçün 80 milyon avro təklif etsə də, Madrid təmsilçisi dərhal bundan imtina edib.