Sürpriz kupon – 22.02.2023
“Leypsiq” – “Mançester Siti” – 1ci hissə cüt şans 12
Bu, bol qol gözlədiyim oyunlarda üstünlük verdiyim variantlardan biridir. Fikrimcə, bu matçda fasiləyə tərəflərdən biri hesabda öndə yollanacaq. 1,57 əmsalı dəyərləndirmək lazımdır.
“İnter” – “Porto” – ən çox qol vurulduğu hissə – 2-ci taym
Tərəflərin ehtiyatlı futbola üstünlük verəcəyini gözlədiyim oyundur. Məncə, burada əsas hadisələr fasilədən sonra baş verəcək. Ona görə 2-ci hissədə ilk yarı ilə müqayisədə daha çox qol olacağınını düşünürəm.
“Olimpiya Lyublyana” – “ND Qorika” – künc zərbələri 1-ci hissə – 1
Sloveniya liqasının lideri autsayderlərdən biri ilə qarşılaşır. “Olimpiya” ən yaxın izləyicisini 12 xal qabaqladından hansısa oyunda “büdrəməsi” gözləniləndir. Bəlkə də həmin “büdrəmə” bu matçda olacaq. Ona görə 1×2 deyil, diqqəti başqa variantlara, elə kornerlərə yönəldək. İstər ilk yarıda, istər bütün oyunda dominantlıq edən tərəf çempionatın lideri olacaq. Ona görə korner sayında “Olimpiya”nın rəqibini üstələyəcəyini təxmin edirəm.