Günün kuponu – 22.02.2023
“Leypsiq” – “Mançester Siti” – 2,5 ÜST
Hər iki komandanın olduqca məhsuldar hücum xətti var. “Leypsiq” bundesliqada 21 oyuna 43, “Mançester Siti” isə premyer liqada 24 tura 60 qol vurub. Bir sözlə, hücum super! Tərəflərin ÇL-də 2 il əvvəlki qarşılaşmaları da bol qollu keçib: Almaniyada 2:1, İngiltərədə 6:3.
Bu görüşdə də qapılara azı 3 qol vurulacağını düşünürəm və 2,5 üst variantına mərc edirəm.
“İnter” – “Porto” – 2,5 ALT
“Porto” oktyabrın 21-də daxili çempionatda əsas rəqibi “Benfika”ya uduzduqdan sonra düz 4 aydır məğlub olmur. “İnter” oyunun favoriti sayılsa da, məncə italyanlar üçün asan olmayacaq. İlk oyun olduğundan “Porto”nun oyunu müdafiədən quracağını düşünürəm. Məncə, belə rəqiblərin duelində 2,5 alt daha uyğun variantdır.
“Polokvane Siti” – “Keyp Taun All Stars” – 2,5 ALT
Cənubi Afrika Respublikası liqasının lideri olan “Polokvane”yə qol vurmaq, özü də doğma meydanda – hər rəqibə nəsib olmur. Elə CAR-ın 2ci böyük şəhəri Keyp Taunun komandası da möhkəm müdafiəsi ilə seçilir. Bu səbədən məncə, 2,5 alt daha münasib variantdır.