Sürpriz kupon – 21.01.2023
“Bornmut” – “Nottengem Forest” – CÜT ŞANS 1X
Son 1 ayda keçirdiyi 6 oyunun hamısında uduzan “Bornmut”dan bu matçda sürpriz gözləmək olar. Zatən, onların “Nottengem Forest” ə qarşı oyunları uğurlu alınır. Aralarındakı son 5 matçın yalnız birində heç-heçə qeydə alınıb, qalan 4 görüşdə “Bornmut” qalib gəlib. Bu oyunda da azı heç-heçə gözləyirəm. Daha etibarlı olmaq üçün isə cüt şans məsləhətlidir.
“Salernitana” – “Napoli” – CÜT ŞANS 12
Bol qollu oyun gözləmək olar. Elə isə ilk yarının heç-heçə bitməyəcəyinə, yəni, fasiləyə tərəflərdən birinin hesabda üstün çıxacağına mərc etmək olar. 1,41 əmsal heç də pis deyil.
“Pert Qlori” – “Melburn Viktori” – 2
Günün sürprizlərindən birini də bu oyundan gözləyirəm. İlk növbədə bukmekerlərin təklif etdiyi əmsallar belə düşünməyə əsas verir: son 3 turda uduzmayıb, 7 xal toplayan “Port Qlori” öz meydanında son 4 matçda cəmi 1 xal qazanan, sonuncu yerdə olan “Melburn Viktori” qarşısında niyə belə çox əmsal alsın ki? Bu, bukmekerlərin aldadıcı manevri də ola bilər, ona görə turnir cədvəlində daha yuxarıda olan meydan sahibininə deyil, qələbəsi 2,20 əmsalla dəyərləndirilən “Melburn Viktori”yə güvənirəm.