Günün kuponu – 21.01.2023
“Ayntraxt” – “Şalke” – 2,5 ÜST
Bundesliqada təxminən 40 gün sürən qış tətili başa çatdı. İlk dövrəni sonuncu sırada başa vuran “Şalke” vəziyyəti dəyişmək üçün qarşıdakı turlara ümidlə baxır. “Ayntraxt” isə ÇL-in qrup mərhələsinə birbaşa vəsiqə verən ilk “dördlük”də möhkəmlənməyə çalışır. Bir sözlə, qələbə hər iki tərəf üçün zəruri olduğundan hücum futbolu və bol qollu oyun gözləyirəm.
“Köln” – “Verder” – 2,5 ÜST
Hər iki komanda bundesliqada 2023-cü ildəki ilk oyunlarını qələbə ilə bitirməyə çalışacaq. 15 turda “Verder”in öz qapısından 27, “Köln”ün isə 29 qol buraxması müdafiədəki boşluqlardan xəbər verir. Amma hər iki komandanın diqqətçəkən hücum xətti də var. Belədə 2,5 üst daha real variant kimi görünür.
PSV – “Vitess” – 1
Eyndhoven klubu Erediviziyanın son 3 turunda qələbə qazanmayı. Artıq lider “Feyenoord”dan 5 xal geri qalan PSV 4-cü sıraya yuvarlanır. Məncə, xal itkilərinə bu tur son qoyulacaq və eyndhovenlilər qələbə qazanacaq.