Sürpriz kupon – 19.12.2023
“Borussiya D.”* – “Maynts”
İstənilən vaxt qol vuracaq: Niklas Füllkruq
“Borussiya” çempionatın autsayderlərindən olan “Maynts”ı qəbul edəcək. Favoritə qələbə üçün qol və ya qollar lazımdı. Bunu düşünəndə ağla gələn ilk isim isə Niklas Füllkruqdu. Ardıcıl 5 oyundur meydanı qolsuz tərk etməyən forvardın uğurlu seriyanı davam etdirmək üçün əla şansı var.
“Urava Red Daymonds” – “Mançester Siti”
“Mançester Siti” qalib gələcək və 3.5 ALT
İngiltərə çempionu oyunun aşkar favoritidi. Amma rəqib oyun təşkilatlanması baxımından heç də zəif deyil. Zənnimcə, Quardiolanın komandası qalib gəlsə də, çox qol vura bilməyəcək.
“Everton” – “Fulhem” 1
Ardıcıl 4 qələbə qazanan və bu matçlarda bir qol da buraxmayan “Everton” əla formadadı. “Nyukasl”la son matçı nəzərə almasaq “Fulhem” də kifayət qədər yaxşı temp yığıb. Bununla belə, İngiltərə Liqa Kubokunun 1/4 final matçında azarkeşlərin də dəstəyi ilə meydan sahiblərinin qalib gələcəyini təxmin edirəm.