Günün kuponu – 19.12.2023
“Hoffenhaym” – “Darmştadt” 1
8 oyundur qələbə üzünə həsrət olan qonaqların “Hoffenhaym”ın təzyiqi qarşısında davam gətirəcəyi inandırıcı görünmür. Bundesliqanın debütantı iddialı meydan sahiblərinə çətin ki, müqavimət göstərə bilsin.
“Verder” – “Leypziq” 2
Qonaqlar 4 oyundur qalib gəlir. Bu rəqiblər arasında ötən mövsüm keçirilmiş hər 2 oyunda da “Leypziq” qələbə qazanıb. Bu qarşılaşmanın da da istisna olmayacağını düşünürəm.
“Borussiya D.” – “Maynts” 1
Komandalar arasında son qarşılaşma may ayında olub. Həmin matçda 2:2 hesablı heç-heçə qeydə alınıb. Amma dortmundluların yenidən boşluq verəcəyinə inanmıram. Meydan sahiblərinin bu mövsüm zəif çıxış edən “Maynts”dan 3 xal alacağını proqnozlaşdırıram.