“Qarabağ” derbidə qalib gəldi

“Qarabağ” derbidə qalib gəldi

Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub. Son oyun günündə Azərbaycan derbisi baş tutub.

“Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edib. Ölkənin iki ən titullu klubunun duelinin ilk yarısı qolsuz başa çatıb.

Fasilədən sonra Ağdam təmsilçisi iki dəfə fərqlənib. Öncə Yassin Benzia, uzatma dəqiqələrində isə Hamidu Keyta qol sevinci yaşayıb – 2:0.

Qeyd edək ki, “Qarabağ” 38 xalla çempionatın lideridir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 19.12.2023

Növbəti yazı

Todiboya elçi