Sürpriz kupon – 19.10.2022
“Paderborn” – “Verder” – 2,5 ÜST
Sürpriz kupon üçün ən uyğun “sürprizləri” kubok matçlarında tapmaq olar. Bu qarşılaşma üçün mənim 2 variantım var : oyun 1 və 2,5 üst. “Paderborn” 2-ci bundesliqada oynasa da, orada liderlərdəndir. “Verder” isə əsas bundesliqada hazırda 9-cu sırada qərarlaşıb. Son turda öz evində sürpriz şəkildə “Mayns”a uduzan (0:1) bremenlilər kubokda da uğursuzluq yaşamamaq üçün Paderborn səfərində bütün gücünü ortaya qoyacaq. Növbəti mərhələyə vəsiqənin taleyi bir oyunda həll olunduğundan matçın əlavə vaxt və ya penaltilər seriyasınadək uzanma ehtimalını da nəzərə almalıyıq. Ona görə oyun 1 variantına ehtiyatla yanaşıram və üstünlüyü 2,5 üstə verirəm.
“Spezia” – “Breşiya” – QOL/QOL
İtaliya Kubokunun 1/16 finalında A və B seriyalarının təmsilçiləri qarşılaşacaq. Mərhələ 1 oyundan ibarət olduğundan matçın əlavə vaxta və ya penaltilər seriyasınadək davam etmə ehtimalı da var. Tərəflərin son illər öz aralarındakı əksər görüşlər qarşılıqlı qollarla keçib. Fikrimcə, qol /qol variantına güvənmək olar.
“Liverpul” – “Vest Hem” – QOL/QOL
Ötən tur “Mançester Siti”yə mövsümdə ilk məğlubiyyəti yaşadan “Liverpul” təbii ki, bu matçın favoritidir. Amma “Vest Hem”dən sürpriz gözləmək olar. Hətta qonaqlar xal almasa belə, ən azı “Liverpul”un qapısına yol tapacaqlarını düşünürəm.