Günün kuponu – 19.10.2022

Günün kuponu – 19.10.2022

“Lüzern” – “Sankt Qallen” – 2,5 ÜST

Son 4 oyunda hər iki komanda qələbə üzünə həsrətdir. Ona görə həm “Lüzern”, həm də “Sankt Qallen” 3 xal üçün oynayacaq. Üstəlik komandaların vurub-buraxdığı qolların statistikasına baxdıqda bu oyun üçün ilk ağıla gələn variant 2,5 üstdür.

“Mançester Yunayted” – “Tottenhem” – 2,5 ÜST

3-cü sırada qərarlaşan “Tottenhem”in hücum xəttinə söz ola bilməz. Hari Keyn və yoldaşları 10 oyuna rəqib qapılarından 22 top keçirib. “Yunayted”in isə müdafiəsi zəifdir: 9 oyuna 15 buraxılan qol. Amma manikunianların hesabında 13 vurulan qol da var. “Old Trafford”un 67 minlik ənənəvi azarkeş dəstəyi də öz yerində. Məncə, tərəflərin öz aralarındakı son 4 matçda olduğu kimi bu oyunda da 2,5 üst qeydə alınacaq.

“Frayburq” – “Sankt Pauli” – 2,5 ÜST

Avroliqada “Qarabağ”ın rəqiblərindən olan “Frayburq” 3 gün əvvəl bundesliqada “Bavariya”dan ağır zərbə aldı – 0:5. Çox güman onlar bu darmadağının əvəzini kubok matçında 2-ci bundesliqa klubundan çıxmağa çalışacaq. Amma “Sankt Pauli” də inadkar komandadır. 5 gün əvvəl 2-ci bundesliqanın liderlərindən “Hamburq”u 3 cavabsız qolla məğlub ediblər. Hər iki komandanın hücum potensialını və kubok matçı olduğunu nəzərə alıb, 2,5 üst variantına mərc edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Nyukasl”da yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 19.10.2022