Sürpriz kupon – 19.07.2022
“Qarabağ” – “Sürix” ALT 2,5
“Qarabağ”ı Çempionlar Liqasının ll təsnifat mərhələsində daha ciddi rəqib gözləyir. Düzdür, “Sürix” Bakıya heç də yüksək əhval-ruhiyyədə gəlməyib. Franko Fodanın komandası İsveçrə çempionatının açılış turunda “Yanq Boyz”a rüsvayçı hesabla uduzub – 0:4.
“Qarabağ” “Lex”in qapısına 5 top vursa da, məncə, bu dəfə daha ehtiyatlı oynayacaq. Yəqin ki, Ağdam klubu cavab görüşünü də düşünüb çox risk etməyəcək. Düşünmürəm ki, bu qarşılaşmada çox qol vurulsun.
“Midtüllann” – AEK Larnaka QOL/QOL
Danimarka çempionu yarli liqaya qələbə ilə başlaya bilmədi. Bo Henriksenin komandası öz meydanında “Randers”lə bərabərə qaldı – 1:1.
Kiprdə isə hələ ki çempionat başlamayıb.
AEK yoxlama matçlarında məhsuldar oyun göstərsə də, müdafiədə də problemlərin olduğu nəzərə çarpıb. Kipr klubu 3 yoxlama görüşündə 6 top buraxıb.
Elə bir oyundur ki, hər iki tərəfin fərqlənmək imkanları olacaq.
“Ludoqorets” – “Şemrok Rovers” ÜST 2,5
Oyunun favoriti hesab olunan “Ludoqorets” böyük hesabla da qalib gələ bilər. Təbii ki, rəqibə yuxarıdan aşağı baxmasalar. Bolqarıstan klubu həm heyətinə, həm də imkanlarına görə “Şemrok”dan üstündür.