Günün kuponu – 19.07.2022
“Jalgiris” – Malmö ” 2
Litva klubu l təsnifat mərhələsində Kosovo təmsilçisi “Balkani”ni əlavə vaxtda vurduğu qol hesabına keçdi.
“Malmö” isə “Vikinqur”la iki ağır görüş keçirdi. İsveç çempionatı davam etdiyindən skandinavlar indi daha yaxşı formada olmalıdırlar.
“Ludoqorets” – “Şemrok Rovers” 1
Bolqarıstan futbolu hər nə qədər indi yaxşı günlərini yaşamasa da, “Ludoqorets” İrlandiya klubu qarşısında favoritdir.
“Şemrok” l mərhələdə Maltanın zəif “Hibernians” klubunu keçib. Bu dəfə çətin ki, irlandiyalılar sensasiya yarada bilsin.
“Linfild” – “Bude Qlimt” 2
Norveç klubu Çempionlar Liqasının ll təsnifat mərhələsində ən güclü klublardandır. Ancaq bundan əvvəlki mərhələdə “Bude Qlimt” az qala arxayınlığın qurbanı olacaqdı. Farer adalarının “Klaksvik” klubu ilə görüşdə aşkar favorit “Bude Qlimt” hesab olunsa da, 1:3 uduzdular. Yəqin ki, norveçlilər bu dəfə işə daha ciddi yanaşar və Şimali İrlandiya səfərindən qalib dönməyə çalışarlar.