Sürpriz kupon – 17.12.2022
Xorvatiya – Mərakeş – 2
Mundialda yarımfinala çıxan ilk ərəb və Afrika komandası olan Mərakeş yazdığı tarixi bürünc medalla tamamlayacağını gözləyirəm. Fikrimcə, həm güclü azarkeş dəstəyi, həm də qələbə əzmi, istək, motivasiya onlarda xorvatlarla müqayisədə daha çoxdur. Oyunun favoriti Xorvatiya sayılsa da, Qətər-2022nin “sürpriz komandası” son sürprizini bu matçda edəcək. Qrupda heç-heçə oynasalar da (0:0) bu dəfə Mərakeşin qalib gələcəyini təxmin edirəm.
“Eştrela” – “Penafyel” – cüt şans x2
Portuqaliya Liqa Kubokunda C qrupunda yer alan bu komandaların hər ikisi ilk 2 turda məğlub olub. Bu görüşdə ilk xallarını qazanmağa çalışacaqlar. Heç-heçə ehtimalı da az deyil. Amma “Penafyel”in qələbəsinə də inamım olduğundan X variantına deyil, cüt şans – x2-yə üstünlük verirəm.
“Moreyrense” – “Benfika” – QOL/QOL
Qarşılıqlı qolların əmsalı yüksəkdir – 2,00. Öz aralarındakı son 6 duelin 5-də məhz qol/qol qeydə alınıb. Kubok matçı olduğunu, “Benfika”nın mundialdan qayıtmayan oyunçuları olduğunu, bu səbəbdən eksperimental heyətlə oynayacağını nəzərə alsaq, ev sahibi üçün nüfuzlu rəqibinə qol vurmaq problem olmamalıdır.